...

Türkiyədə Xocalı soyqırımının ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2016 17:40
İzmirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib.
Türkiyədə Xocalı soyqırımının ildönümü qeyd olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İzmirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, sənət adamları və gənclər iştirak ediblər.

Xocalı soyqırımı ilə bağlı sənədli filmin nümayişi ilə başlayan tədbirdə İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin rəhbəri Asif Qurban, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun rəhbəri professor Metin Ekici Xocalı soyqırımı ilə bağlı çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyindən danışıblar.

Tədbirdən sonra İzmirdə yaşayan istedadlı gənc rəssam Gülnarə Muxtarovanın Xocalı, Qarabağ mövzusuna həsr olunan əsərlərindən ibarət sərgisi təşkil olunub.

Eyni gündə Eskişehirdə Milli Məclisin deputatı Q.Paşayeva, Eskişehir Azərbaycan Dərnəyinin rəhbəri Cavid Aydın, dövlət və ictimai xadimlər, QHT və KİV təmsilçiləri, müəllim və tələbələrin iştirakı ilə Xocalı soyqırımı mövzusunda tədbir keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti