Bakı. Trend:
Xocalı soyqırımı ərəfəsində Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Uşaq Stomatoloji poliklinikasının mütəxəssisləri Xocalı sakinlərinin uşaqlarının, habelə valideyn himayəsindən məhrum olmuş bir qrup uşağın müayinə və müalicəsini icra edəcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 23.02.2016-cı il tarixində poliklinikanın yüksək ixtisaslı həkimləri tərəfindən 30-dan artıq aztəminatlı uşağın dişlərinin, ağız boşluğunun və müxtəlif damaq xəstəliklərinin müayinəsi, ehtiyacı olan dişlərin çəkilməsi və müalicəsi nəzərdə tutulub.