...

Bakı-Moskva aviareysi gecikəcək

Cəmiyyət Materials 1 Mart 2016 16:38 (UTC +04:00)
"Aeroflot" aviaşirkətinin Moskva-Bakı reysi ilə hərəkət edən təyyarəsinin Rusiya paytaxtına gəlişi 1 saat gecikir.
Bakı-Moskva aviareysi gecikəcək

Bakı. Maksim Tsurkov - Trend:

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, "Aeroflot" aviaşirkətinin Moskva-Bakı reysi ilə hərəkət edən təyyarəsinin Rusiya paytaxtına gəlişi 1 saat gecikir. Bunu Trend-ə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından deyiblər.

Təyyarə Şeremetyev aeroportundan planlaşdırılan vaxtdan 1 saat gec havaya qalxıb və Bakı aeroportuna yerli vaxtla saat 16:10-da gəlib.

Aeroportdan bildiriblər ki, müvafiq olaraq, Bakı-Moskva reysinin yola salınması da 1 saat gecikəcək: "Təyyarə təxminən Bakı vaxtı ilə saat 17:10-da yola salınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti