...

Gənc alimlər üçün yeni mükafat təsis edildi

Cəmiyyət Materials 2 Mart 2016 17:41 (UTC +04:00)
Azərbaycanda gənc alimlər üçün yeni mükafat təsis edilib.
Gənc alimlər üçün yeni mükafat təsis edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda gənc alimlər üçün yeni mükafat təsis edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, təsdiq olunan Əsasnaməyə uyğun olaraq, mükafat müsabiqə əsasında təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə (35 yaş daxil olmaqla) veriləcək.

Namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan ekspert komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini Rəyasət Heyətinə təqdim edəcək. Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərarı Rəyasət Heyəti qəbul edəcək. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti