...

İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 15:07 (UTC +04:00)
İtaliya Senatının Vitse-prezidenti Linda Lanzilotta, İtaliya Prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədi ilə Azərbaycana səfər edəcək.
İtaliya rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak edəcək (FOTO)

Bakı. Trend:

İtaliya Senatının Vitse-prezidenti Linda Lanzilotta, İtaliya Prezidentinin diplomatik məsələlər üzrə məsləhətçisi Antonio Zanardi və İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti, sabiq xarici işlər naziri Franko Frattini IV Qlobal Bakı Forumunda iştirak məqsədi ilə Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 10-11mart tarixində Bakı şəhərində "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Linda Lanzilotta və Franko Frattini 2015-ci ilin 28-29 aprel tarixində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda keçirilmiş III Qlobal Bakı Forumunda iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti