...

Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq edilir

Cəmiyyət Materials 17 Mart 2016 12:14 (UTC +04:00)
Azərbaycanda dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək.
Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavədə öz əksini tapıb.

Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Qanuna əlavə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti