Bakı. Elçin Hüseynov - Trend:
ABŞ-ın məşhur idman geyimləri brendi "Nike" avtomatik bağlanma sistemli yeni krosovkalarını təqdim edib.
Trend ABŞ-ın "ABC" telekanalına istinadən xəbər verir ki, krosovkalar " Robert Zemekisin "Gələcəyə qayıdış" (ing. Back to the Future) fantastik filmində göstərilmiş ayaqqabılara bənzər istehsal olunub.
İlk günlərdə "HyperAdapt 1.0" adlı modellər yalnız "Nike+" klubunun üzvlərinə satılacaq.
"HyperAdapt 1.0" krosovkasının ilk sahibi isə "Gələcəyə qayıdış" fantastik filmində baş rolda çəkilmış Maykl Jey Foks olub.