...

"Banking Baku" jurnalının təqdimat mərasimi olub

Cəmiyyət Materials 17 Mart 2016 19:02 (UTC +04:00)
Bu gün "Fairmont Baku" hotelində Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyinin təsis etdiyi "Banking Baku" jurnalının və saytının təqdimat mərasimi keçirilib.
"Banking Baku" jurnalının təqdimat mərasimi olub

Bakı. Trend:

Bu gün "Fairmont Baku" hotelində Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyinin təsis etdiyi "Banking Baku" jurnalının və saytının təqdimat mərasimi keçirilib.

Təqdimatda millət vəkilləri, bank sektorunun nümayəndələri, iş adamları və QHT təmsilçiləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Milli QHT Forumunun Prezidenti Rauf Zeyni açaraq, maliyyə-bank təmayüllü jurnalın və saytın həm Azərbaycan mətbuatı həm bank sektoru, həm də QHT sahəsində yeni bir təşəbbüs olduğunu vurğulamış, jurnalın və saytın əhəmiyyətindən danışmışdır.

Daha sonra "Banking Baku" jurnalının baş redaktoru Aysel Quliyeva çıxış edərək tədbir iştirakçılarını salamlamış, təsis etdikləri jurnalın və saytın əsas məramını açıqlayaraq bildirmişdir ki, post-neft iqtisadiyyatı dövründə bankların sosial məsuliyyətinin artırılması, vətəndaş-bank münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, yerli sahibkarların və xarici investorların bank-maliyyə savadlılığının artırılması, bu sahədə operativ məlumatların oxuculara çatdırılması üçün belə bir informasiya orqanının yaradılmasına zərurət vardır. A.Quliyeva jurnalın üç dildə - Azərbaycan, rus və inglis dillərində nəşr edilməsini həm daxili auditoriyaya həm də xarici iş adamlarına informasiya dəstəyi kimi qiymətləndirmişdir.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Azərbaycan Banklar Assosasiyasının Rəyasət Heyətinin üzvü Elçin İsayev, millət vəkilləri - Şəmsəddin Hacıyev, Əflatun Amaşov, Azay Quliyev və İlham Məmmədov çıxış edərək, jurnal və sayt haqqında öz fikirlərini bölüşmüş, kollektivə tövsiyələrini vermiş və uğurlar arzulamışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti