...

TADEF Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyib

Cəmiyyət Materials 4 Aprel 2016 17:51 (UTC +04:00)
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası bəyanat yayıb
TADEF Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyib

Bakı. Trend:

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyən bəyanat verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və hərbçilərin şəhid olduğu bildirilib, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilib.

Bəyanatda, həmçinin Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da qeyd edilib.

Regionda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan dövlətindən fərqli olaraq, Ermənistanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həll olunmasına çalışmaması və beynəlxalq qurumların, xüsusilə ilə də BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymaması da bəyanatda öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti