...

Tərtər-Kəlbəcər avtomobil yolunun bir hissəsi təmir olunur (FOTO/VİDEO)

Cəmiyyət Materials 11 Aprel 2016 16:47 (UTC +04:00)
Tərtərdən Şıxarx qəsəbəsinə gedən yol əsaslı şəkildə təmir olunur.
Tərtər-Kəlbəcər avtomobil yolunun bir hissəsi təmir olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, ASC tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3.2 kilometrdir. Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7.5 - 13 metr arası dəyişir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınıb, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa, suötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31 200 kv.m sahənin asfaltlanması nəzərdə tutulub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti