...

Leyla Yunus və Arif Yunus ölkəni tərk etdilər

Cəmiyyət Materials 19 Aprel 2016 14:18 (UTC +04:00)
Dövlətə xəyanət və digər maddələrlə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş və sonradan həbs qətimkan tədbiri şərti cəza ilə əvəzlənən Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib.
Leyla Yunus və Arif Yunus ölkəni tərk etdilər

Bakı. Samir Əli-Trend:

Dövlətə xəyanət və digər maddələrlə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş və sonradan həbs qətimkan tədbiri şərti cəza ilə əvəzlənən Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib.

Trend-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, adı çəkilən şəxslər ölkəni tərk ediblər: "Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Leyla Yunus və Arif Yunus müalicə üçün ölkədən buraxılıblar".

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində isə Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə L.Yunusun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən L.Yunus barəsində təyin olunan 8 il 6 ay, A.Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti