...

Səlim Müslümov 4 rayon və şəhərin sakinləri ilə görüşəcək

Cəmiyyət Materials 19 Aprel 2016 18:18 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşəcək.
Səlim Müslümov 4 rayon və şəhərin sakinləri ilə görüşəcək

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti