...

BİTK-da “Sərfəli qiymət-Keyfiyyətli təhsil” (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2016 10:37 (UTC +04:00)
Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2016-2017-ci tədris ili üçün məktəbəqədər hazırlıq və orta məktəb təhsili üçün sənəd qəbulu elan edir.
BİTK-da “Sərfəli qiymət-Keyfiyyətli təhsil” (FOTO)

Bakı. Trend:

Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2016-2017-ci tədris ili üçün məktəbəqədər hazırlıq və orta məktəb təhsili üçün sənəd qəbulu elan edir. BİTK-ə qeydiyyat 14 may 2016-cı ilədək davam edəcək.Qəbul imtahanı mayın 14-də saat 10:00-da BİTK-də keçiriləcəkdir. Ətraflı məlumat almaq və online qeydiyyat üçün BİTK-in internet səhifəsindən (btec.az) istifadə etmək mümkündür. Eləcə də valideyn öz şəxsiyyət vəsiqəsi və övladının şəxsiyyət vəsiqəsini məktəbdəqəbul komissiyasına təqdim etməklə qeydiyyatdan keçə bilər.
BİTK-ə qəbul aşağıdakı yaş qrupları üzrə aparılır :

Məktəbəqədər hazırlıq bölməsi (3-5 yaş)
İbtidai sinif (5-11 yaş) - 1-6-cı siniflər
Yuxarı sinif (11-18 yaş) - 7-11-ci siniflər
Ətraflı məlumat üçünBİTK-in saytına (btec.az) və aşağıdakı əlaqə nömrələrinə (bazarertəsi-cümə günləri, saat 7:30-dan 16:30-dək) müraciət edə bilərsiniz:
Tel:+ 99 412 521 00 00 (daxili: 48-567)
Mob: +99 450 257 50 13
Mob: + 99 450 257 50 11
Email: [email protected]

Məlumat üçün qeyd edək ki,BİTK SOCAR-ın maliyyə dəstəyi ilə yaradılmış Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM) təsis etdiyi və maliyyələşdirdiyi layihələrdən biridir.Artıq 4 tədris ili ərzində uğurlu fəaliyyət yolu keçmişBİTK-in əsas məqsədi şagirdləri keyfiyyətli təhsillə təmin etməkdir və bunun üçün kompleksdə bütün imkanlar yaradılıb.BİTK Britaniya kurrikulumu və bir çox beynəlxalq sertifikatlara malik proqramı ilə övladınızın təhsil ehtiyaclarını təmin edir. Şagirdlərimiz Britaniya kurrikulumunun tələb etdiyi və ingilis dilində tədris olunan bütün fənnlərlə yanaşı, Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası fənnləri də azərbaycan dilindətədris olunur. Dərslər xüsusi seçilmiş əcnəbi və yerli müəllimlər tərəfindən tədris olunur.Cari ilin iyul ayından etibarən10-a yaxın azərbaycanlı müəllimimiz Britaniyanın Notinqem Univeristetində beynəlxalq ixtisaslı dərəcə almaq və tədris keyfiyyətlərini (PGCEi) artırmaq üçün təlim alacaq.Bu da öz növbəsində BİTK-də təhsilin keyfiyyətinə müsbət təsir edəcək.Fəaliyyətdə olduğu dövr ərzində BİTK Britaniya Məktəblər Şurası (COBIS), Cambridge International Examinations, Edexcel, ECIS kimi qurumların sertifikatlarına layiq görülmüşdür.

BİTK təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir. Qısa zaman ərzində ölkəmizin aparıcı beynəlxalq məktəblərindən birinə çevrilmiş BİTK-də yeni tədris ilində təhsilin elektron idarəetmə sistemi istifadəyə veriləcək. Bu sistem vasitəsilə valideyn-müəllim-administrasiya-şagird əlaqələri, təhsilə nəzarət keyfiyyətcə yeni mərhələyə yüksələcəkdir.

2016-2017-ci tədris ilindən etibarən SOCAR, əvvəllər bəyan etdiyi prinsiplərə uyğun olaraq istedadlı şagirdlərin təhsilini tam və ya qismən maliyyələşdirməyi öz öhdəsinə götürür. Bu o deməkdir ki, Kompleksin tədris prosesində yüksək nəticələr əldə edən şagirdlərin təhsil haqlarının ödənilməsi üçün 100%, 70 %, 50%, 40% və 20% həcmində təqaüdlər SOCAR tərəfindən ödəniləcəkdir. Təqaüdün verilməsi müstəqil beynəlxalq qiymətləndirmənin və daxili qiymətləndirməyə əsasən həyata keçiriləcəkdir.

BİTK beynəlxalq standartlara cavab verən zəngin kitabxana, sinif otaqları, kompüter otaqları, laboratoriyalar, tibb məntəqəsi, geniş teatr və musiqi zalı, yeməkxana, üzgüçülük hovuzu, idman meydançaları ilə övladınıza keyfiyyəti təhsil verməklə yanaşı daim valideyn məmnuniyyətini və maraqlarını nəzərə almışdır.

BİTK "Sərfəli qiymət-Keyfiyyətli təhsil" şüarı ilə bundan sonra da Azərbaycanıngələcəyi olan övladlarınızın xidmətində durmaqdan qürur duyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti