...

BAMF sədri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 27 Aprel 2016 11:15 (UTC +04:00)
Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirlə görüşüb.
BAMF sədri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

Bakı. Trend:

Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirlə görüşüb.

Bu barədə Trend-ə BAMFniın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə BAMF sədri ali nümayəndəyə Azərbaycanda vətəndaş cəmiyyəti sektorunun hazırki vəziyyəti və bu sahədə atılan addımlar barədə geniş məlumat verib.

U.Mirzəyev, həmçinin BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü kimi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və gələcək layihələri barədə ali qonağı məlumatlandırıb.

BAMF sədri bildirib ki, təşkilat ənənəsinə sadiq qalaraq son illər BMT-nin iclaslarında aktiv iştirak edir. Son olaraq BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında BAMF-ın iştirakını əlamətdar saymaq olar.

BAMF BMT qurumları, xüsusilə UNDPI, UNICEF, UNESCO,UNHCR-la sıx əməkdaşlıq edir. Bakıdakı yeni ofisində BAMF, BMT-nin çağırışlarına uyğun müxtəlif mövzulu tədbirlər keçirir.

BAMF sədri ali qonağın diqqətinə çatdırdı ki, bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. BAMF-nin fəaliyyəti eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının səviyyəsini göstərən uğurlu nəticələrdən biridir .

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir isə bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT və onun agentlikləri arasında əməkdaşlığına çox müsbət yanaşır və bu istiqamətdə zəruri dəstəyi göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti