...

UNEC-də "Professorlar klubu" yaradılıb

Cəmiyyət Materials 5 May 2016 10:22 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə UNEC-də “Professorlar Klubu” təsis edilib.
UNEC-də "Professorlar klubu" yaradılıb

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə UNEC-də "Professorlar Klubu" təsis edilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, "Professorlar Klubu"nun yaradılmasında məqsəd professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıq ideyaları aşılamaqdır.

Kluba üzv olanlar bilikləri, bacarıqları və həyat təcrübələrini bölüşmək üçün qeyr-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalı mühitində səmimi ünsiyyət qura biləcək.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkəbərovun təşəbbüsü ilə yaradılan klub Azərbaycanın və xarici ölkələrinin professorlarının, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birliyi funksiyasını öz üzərinə götürür. Klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hər tərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaq klubun fəaliyyət istiqamətində yer alıb.

Klubun idarəetmə orqanında Rəyasət heyəti və Sədr yer alıb.

Həmçinin, üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti