...

ƏƏSMN tərəfindən 354 minə yaxın şəxsə aylıq sosial müavinət ödənilir

Cəmiyyət Materials 10 May 2016 11:31 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 354 min nəfərə yaxın şəxsə aylıq sosial müavinət ödənilir.
ƏƏSMN tərəfindən 354 minə yaxın şəxsə aylıq sosial müavinət ödənilir

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 354 min nəfərə yaxın şəxsə aylıq sosial müavinət ödənilir.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 140,9 min nəfəri əlilliyə, 14,4 min nəfəri yaşa, 41,7 min nəfəri ailə başçısını itirməyə görə, 66,5 min nəfəri sağlamlıq imkanları məhdud uşaq olduğuna görə aylıq sosial müavinət alır.

Nazirliyin xətti ilə 49 min nəfər müharibə veteranı, müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarından ibarət 18,3 min nəfər uşaq da aylıq sosial müavinət alır. Ayıq sosial müavinət ödənilənlərin sırasına həmçinin aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar (5,8 min nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8,9 min nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar daxildir.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Fərmanına əsasən, sosial müavinətlərin məbləği cari il fevralın 1-dən növbəti dəfə artırılıb.

Sosial müavinət və təqaüd, eləcə də ünvanlı dövlət sosial yardımı alanların siyahısı sosial təminat sistemində şəffaflığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib və hazırda qeyd edilən sosial ödənişlər plastik kartlarla bankomatlar vasitəsilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti