...

DGK: Xeyli miqdarda siqaret və mobil telefon müsadirə olunub (FOTO)

Cəmiyyət Materials 11 May 2016 11:32 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb.
DGK: Xeyli miqdarda siqaret və mobil telefon müsadirə olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Qoşa Təpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

DGK-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin kabinəsində arxa yataq yerinin üzərindəki döşəyin altından 20.000 ədəd "MM" adlı siqaret, eləcə də 63 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti