...

Qaradağ rayonunda islahatlar uğurla davam etdirilir (FOTO)

Cəmiyyət Materials 17 May 2016 11:39 (UTC +04:00)
Qaradağ rayonunda islahatlar uğurla davam etdirilir.
Qaradağ rayonunda islahatlar uğurla davam etdirilir (FOTO)

Bakı. Trend:

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yerli icra hakimiyyəti sisteminə daxil olan aidiyyəti dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının nümayəndələrindən ibarət xüsusi qərargah yaradılıb və "Tədbirlər Planı" işlənərək təsdiq edilib.

"Tədbirlər Planı" üzrə qarşıya qoyulmuş vəzifələr uğurla davam etdirilir.

Qaradağ rayonunda qeyri-məşğul əhalinin yeni iş yerləri ilə təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılıb.

Qaradağ rayonu üzrə ümumilikdə ötən müddət ərzində dövlət və qeyri-dövlət müəssisələri tərəfindən mövcud olan 1175 vakansiya üzrə 1076 nəfər qeyri məşğul əhali iş yerləri ilə təmin edilib.

Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına müvafiq olaraq rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan qəsəbələrində mövcud olan 274 ədəd qamış və taxta konstruksiyadan ibarət yaşayış sahələrinin sökülərək yeni yaşayış binalarının tikintisi nəzərdə tutulub. Artıq Lökbatan qəsəbəsində yeni yaşayış binalarının tikintisinə başlanılıb və həmin tikinti işlərində qeyri məşğul əhalinin 600-650 nəfərinin işlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.

Rayonun Sahil qəsəbəsində 9 nömrəli xüsusi internat məktəbində 180 yerlik yeni tədris korpusu inşa edilib, Puta qəsəbəsində 120 yerlik 326 nömrəli uşaq bağçası (körpələr evi) yenidənqurma işləri aparılaraq əsaslı təmir olunmuş və Qobustan qəsəbəsində 80 yerlik "Şəngülüm" uşaq bağçası (körpələr evi) əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Korgöz qəsəbəsində yeni yaradılmış istirahət parkı qəsəbə sakinlərinin istifadəsinə verilib.

Azərbayacan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli, 964 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda xüsusi iqtisadi zonalar dəstək tədbirləri öz əksini tapıb.

Azərbaycanın Şərqdən Qərbə yolun üzərində yerləşməsi və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır.

Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" 17 mart 2016-cı il tarixli mühüm sərəncam imzalayıb.

Azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması gələcəkdə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə, qeyri-neft sektorunun müxtəlif sahələrində rəqabətqabiliyyətli istehsal sahələri şəbəkəsi yaratmaqla, ixrac potensialının artırılması proseslərinin sürətləndirilməsinə əlavə töhfələr verəcək. Bunun nəticəsində ölkədə, o cümlədən Qaradağ rayonunda yaşayan insanlar üçün yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti