...

Nazirlik özəl klinikalarda xəstələrinin sağlamlıq vəziyyətinə elektron formada nəzarətə başladı

Cəmiyyət Materials 18 May 2016 10:05 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi ölkədəki özəl stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət etməyə başlayıb.
Nazirlik özəl klinikalarda xəstələrinin sağlamlıq vəziyyətinə elektron formada nəzarətə başladı

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi ölkədəki özəl stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət etməyə başlayıb.

Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, artıq ölkənin bütün dövlət stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət edilir: "Bunun üçün nazirliyin tabeliyindəki stasionar müəssisələrin elektron nəzarət sistemi qurulub. Bu sistemə stasionar müəssisələr tərəfindən xəstələrin xəstəlik tarixçələrindən çıxarışlar daxil edilir. Bununla da elektron sistem vasitəsilə stasionarlarda müalicə olunan xəstələr barəsində tibbi məlumatlar - onların diaqnozları, xəstəxanada keçirdikləri müayinə və müalicələr barədə məlumatlar nazirliyin mərkəzi bazasına toplanılır. Bunun nəticəsində stasionar müəssisələrin fəaliyyəti ilə bağlı bir çox kriteriyalar üzrə analizlər aparmaq, onların fəaliyyətinin effektivliyini müəyyənləşdirmək mümkün olur".

C.Əsəd-zadə deyib ki, ötən ildən başlayaraq, artıq özəl stasionar müəssisələrin sistemə daxil olması üçün işlərə başlanılıb: "Bütün özəl stasionar müəssisələrin sistemə daxil olmasını təmin etməkdən ötrü onlara məktubla müraciət edilib. Artıq özəl stasionar müəssisələrin əksəriyyəti bu sistemə daxil olub. Özəl müəssisələr də artıq ümumi statitistik formanı dolduraraq nazirliyə təqdim etməlidirilər. Özəl müəssisələr hər stasionar müalicə alan xəstə barədə xəstəlik tarixçəsindən çıxarışı sistemə daxil edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti