...

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 17 May 2016 17:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının nəticələri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 14497 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13589 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent III ixtisas qrupu üzrə imtahan verib və 675 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti