...

Bakıda akrobatika üzrə açıq birinciliyin qalibləri mükfatlandırılıb (FOTO)

Cəmiyyət Materials 18 May 2016 17:17 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş akrobatika üzrə açıq birinciliyin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakıda akrobatika üzrə açıq birinciliyin qalibləri mükfatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakı Gimnastika Məktəbində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş akrobatika üzrə açıq birinciliyin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatıan görə, birincilikdə Bakı Gimnastika Məktəbi, "Ocaq" və "Neftçi" idman klublarını, eləcə də Bakının Nizami rayonunun İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbini təmsil edən 60 gimnast iştirak edib.

Qaliblər müxtəlif yaş kateqoriyalarında balans və dinamik hərəkətlər üzrə cütlüklər və qrup çıxışlarında müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti