...

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır

Cəmiyyət Materials 20 May 2016 15:53 (UTC +04:00)
Azərbaycanda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır.
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 20‑dən iyunun 2-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər.

İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər.

Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər.
İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti