...

Zaqatalada "Multikulturalizm və onun Azərbaycan modeli" konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2016 14:30 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala rayonunda “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans təşkil olunub.
Zaqatalada "Multikulturalizm və onun Azərbaycan modeli" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala rayonunda "Multikulturalizm və onun Azərbaycan modeli" adlı konfrans təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, bölgə qazısı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının müəllim və tələbələri, Zaqatala rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı mövzu ətrafında geniş çıxış edib. Azərbaycan xalqının milli sərvəti olan çoxmədəniyyətlilik ənənəsi barədə geniş məlumat verən Səyyad Salahlı bu sahədə həyata keçirilən dövlət proqramları haqqında danışıb, Dövlət Komitəsinin bu sahədəki fəaliyyət istiqamətlərindən bəhs edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov mövzu ilə bağlı çıxış edərək Zaqatala rayonunun tarixən çoxmədəniyyətli rayon olması barədə danışıb. O bildirib ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər.

Sonda Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev və bölgə qazısı İbrahim İbrahimov mövzu ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirin sonunda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti