...

Təbrizdə "Azərbaycan İslam mədəniyyətinin incisidir" fotosərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 24 May 2016 09:46 (UTC +04:00)
Mayın 23-də İranın Təbriz şəhərində “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin açılışı olub.
Təbrizdə "Azərbaycan İslam mədəniyyətinin incisidir"  fotosərgisi açılıb (FOTO)

Bakı. Trend:

Mayın 23-də İranın Təbriz şəhərində "Azərbaycan İslam mədəniyyətinin incisidir" mövzusunda fotosərginin açılışı olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi, İranın Şərqi Azərbaycan valisinin müavini Səid Şəbüstəri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astara və başqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir.

Sərgidə, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar yer alıb.

Sərginin açılışında iştirak edən Təbriz şəhərinin sakinlərinə məscidlər haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi təcavüzə deyil, həm də mənəvi təcavüzə məruz qoyublar.

Qədim Şuşa və Ağdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti