...

1 kiloqramdan artıq narkotiki satmaq istəyən şəxs saxlanılıb (FOTO)

Cəmiyyət Materials 24 May 2016 12:51 (UTC +04:00)
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 400 qram narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb.
1 kiloqramdan artıq narkotiki satmaq istəyən şəxs saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Zəngilan Rayon Polis arrest

Şöbəsinin əməkdaşları 1 kiloqram 400 qram
narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, daxil olan məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkəran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50.000, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti