...

Baş həkimin müavini: Yaralananların dediyinə görə, Xızıdakı qəza zamanı sürücü içkili olmayıb

Cəmiyyət Materials 1 İyun 2016 13:35 (UTC +04:00)
“Xızıda qəzanın baş verdiyi avtobusda sürücünün yanında oturan müşayiətçinin və digər yaralanan şəxslərin dediyinə görə, sürücü qəza zamanı içkili olmayıb.
Baş həkimin müavini: Yaralananların dediyinə görə, Xızıdakı qəza zamanı sürücü içkili olmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"Xızıda qəzanın baş verdiyi avtobusda sürücünün yanında oturan müşayiətçinin və digər yaralanan şəxslərin dediyinə görə, sürücü qəza zamanı içkili olmayıb. Qəzanın maşında əyləcin nasaz olması nəticəsində baş verdiyi bildirilir".

Bunu Trend-ə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada qəza nəticəsində yaralnmış 13 xəstə müalicə edilir. Onlardan birinin vəziyyəti - Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi, 1953-cü il təvəllüdlü Talıbov Vaqif İlyas oğlunun vəziyyəti daha ağırdır. Həmin şəxs komadan qismən ayılıb.

Baş həkimin müavini deyib ki, xəstəxanada müalicə olunan xəstələrdən 3-nün vəziyyəti orta ağır, qalanlarının vəziyyəti isə kafidir. Avtobusun sürücüsü 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlunun da vəziyyəti orta ağırdır. O, hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunur.

Xatırladaq ki, mayın 30-da Xızı rayonuna istirahət etməyə gedən Sumqayıt Dövlət Texniki Kollecinin kollektivinin olduğu avtobus dərədən aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 24 nəfər yaralanıb.

Avtoqəza ilə bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti