...

Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2016 20:02 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib.
Mübariz Qurbanlı Ağdaşda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.

Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti