...

Bakıda iki qardaşı öldürən ömürlük məhbus müddətli cəza istəyir

Cəmiyyət Materials 11 İyun 2016 11:02 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakıda iki qardaşı öldürən ömürlük məhbus müddətli cəza istəyir

Bakı. Samir Əli - Trend:

Bakı Apelyasiya Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı iyunun 13-nə təyin olunub.
İttihama görə, ötən il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbənin sakinləri - 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə "Vinçester" markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub. Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən "Bank Standard"ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti