...

Hüquqşünas: "Zamirə Hacıyeva barəsində məhkəmə qərarı formal ola bilməz"

Cəmiyyət Materials 13 İyun 2016 15:02 (UTC +04:00)
Z.Hacıyeva Cinayət Məcəlləsinin 179.3.1-ci (Mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham olunub.
Hüquqşünas: "Zamirə Hacıyeva barəsində məhkəmə qərarı formal ola bilməz"

Bakı. Samir Əli - Trend:

İyunun 1-də Nərimanov rayon məhkəməsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.

Z.Hacıyeva Cinayət Məcəlləsinin 179.3.1-ci (Mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham olunub.

C.Hacıyevin vəkili Aqil Layicov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, məkəmənin qərarı formal xarakter daşıyır və Z.Hacıyeva həbs edilə bilməz. Vəkil fikrini belə əsaslandırıb ki, Z.Hacıyeva 10 ildən artıqdır ki Azərbaycanda yaşamır, o, xarici ölkə vətəndaşıdır. Buna görə də məhkəmə qərarı olmasına baxmayaraq, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası mümkün deyil.

Vəkil: Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

Vəkil: Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşunas İradə Cavadova isə bildirir ki, məhkəmənin heç bir qərarı formal xarakter daşıya bilməz: "Vətəndaş hər hansı bir cinayətdə təqsirli bilinirsə, məhkəmə həmin şəxs barəsində həbs qərarı çıxarır. Əgər həmin təqsirləndirilən şəxs ölkə ərazisində deyilsə, onun barəsində axtarış elan edilir. Zamirə Hacıyevaya qarşı hər hansı bir cinayət işi başlanıbsa, bu işə görə onun barəsində həbs qətimkan tədbiri seçilib. Əgər həmin şəxs nə vaxtsa ölkəyə qayıdarsa, hətta uzun müddətdən sonra qayıtsa belə, onun barəsində axtarış işi qüvvədə olur. Əgər məhkəmə kiminsə barəsində həbs qərarı çıxarırsa, bu məhkəmə qərarı formal xarakter daşıya bilməz, qanunvericilikdə belə qayda yoxdu".

İ.Cavadova bildirir ki, əgər Z.Hacıyeva İnterpol vasitəsilə axtarışa verilibsə, o, olduğu ölkədə saxlanıla bilər: "Amma bir şərtlə ki, həmin ölkə ilə İnterpolun əməkdaşlığı olsun. Əgər İnterpolun Zamirə Hacıyevanın yaşadığı ölkə ilə əməkdaşlığı varsa, qurum bu ölkə ilə danışıqlar aparır və təqsirləndirilən şəxsin axtarışda olması barədə ölkəyə məlumat verir. Ümumiyyətlə, İnterpol ölkələrlə əməkdaşlıq müqaviləsi bağlayır. Müqaviləsi olan ölkə ilə təqsirləndirilən şəxsin axtarış verən ölkəyə verilib-verilməməsi məsələsi müzakirə olunur. Əgər xanımın özündə təqsirsiz olduğunu sübut edən əsaslar varsa, bu, artıq başqa məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti