...

Rusiyalı turist: "Bakı gözəl və təhlükəsiz şəhərdir"

Cəmiyyət Materials 17 İyun 2016 14:44 (UTC +04:00)
Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir.
Rusiyalı turist: "Bakı gözəl və təhlükəsiz şəhərdir"

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakı qədim və müasir memarlığı özündə çox gözəl birləşdirir.

Bunu Trend-ə Bakıya "Formula 1" yarışlarını izləməyə gələn moskvalı turist Nikolay Putilin deyib.

O bildirib ki, Bakı gözəl və təhlükəsiz şəhərdir.

Turist qeyd edib ki, ailəsinin burada hər şey çox xoşuna gəlir.

Belçikalı qonaq: "Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

Belçikalı qonaq: "Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti