...

Belçikalı qonaq: "Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

Cəmiyyət Materials 17 İyun 2016 14:30 (UTC +04:00)
"Formula 1" yarışması Bakının gözəlliyini dünyaya, o cümlədən Avropaya nümayiş etdirəcək".
Belçikalı qonaq: "Formula 1" Bakının gözəlliyini dünyaya nümayiş etdirəcək"

Bakı. Elçin Mehdiyev - Trend:

"Formula 1" yarışması Bakının gözəlliyini dünyaya, o cümlədən Avropaya nümayiş etdirəcək".

Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləyən belçikalı qonaq Enn Veyzer deyib.

O bildirib ki, Bakı bu yarışmanı yüksək səviyyədə təşkil edib: “Bakıya gəlməyimə görə çox şadam. Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Yarış iştirakçılarına da uğurlar arzulayıram”.

Hamilton "Formula 1" çərçivəsində test yürüşlərində nəticəsini qoruyur (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hamilton "Formula 1" çərçivəsində test yürüşlərində nəticəsini qoruyur (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti