Bakı. Trend:
İyunun 13-də "Azərlotereya" ASC-nin təşkil etdiyi "Binqo" lotereyasının 276-cı tirajında 19 min manata yüksəlmiş "Cek Pot" "011116" nömrəli biletin sahibi tərəfindən qazanılıb.
Bundan başqa, iyunun 18-də "6/40" lotereyasının 1264-cü tirajında 62 min 910 manata yüksəlmiş "Cek Pot" "051917" nömrəli biletin sahibi tərəfindən udulub.
"Azərlotereya" ASC lotereya həvəskarlarının nəzərinə çatdırır ki, "5/36" lotereyasının "Cek Pot"u artıq 108 370 manat, "Klassik Loto"nun "Meqa Pot"u isə 255 min manat təşkil edir.