...

I Beynəlxalq Dolma Festivalı keçiriləcək

Cəmiyyət Materials 22 İyun 2016 19:25 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası iyulun 1-də Abşeronda Beynalxalq Dolma Festivalı keçirəcək.
I Beynəlxalq Dolma Festivalı keçiriləcək

Bakı. Trend:

Mədəniyyət və Turizm Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası iyulun 1-də Abşeronda Beynalxalq Dolma Festivalı keçirəcək.

I Beynəlxalq Dolma Festivalında 10-a yaxın xarici ölkənin ənənələrinə uyğun xörəklərin sərgisi, Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 300-dən çox Azərbaycan milli xörəyi - dolmalar sərgilənəcək.

Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər iştirak edəcəklər.

Tədbir Heydər Əliyev parkının girişinə doğru yürüşlə başlayacaq. Burada ümummilli liderin abidəsi önünə gül qoyulacaq.

Rəsmi açılışdan sonra çıxışlar, mükafatlandırma, konsert proqramı, ziyafət təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti