...

Niderland mətbuatında Yerevanda faşistə heykəl qoyulmasını pisləyən məqalə dərc edilib

Cəmiyyət Materials 28 İyun 2016 16:39 (UTC +04:00)
Niderland mətbuatında Yerevanda Njdeyə heykəl qoyulmasını pisləyən məqalə dərc edilib.
Niderland mətbuatında Yerevanda faşistə heykəl qoyulmasını pisləyən məqalə dərc edilib

Niderlandın wereldjournalisten.nl (dünya jurnalistləri) saytı faşist generalı, milliyətcə erməni olan və Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulmasına etiraz edən yazı dərc edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Nasistə heykəl” adı ilə yerləşdirilən yazıda bu gün ermənilərin və Ermənistan dövlətinin bütləşdirməyə, qəhrəman imici formalaşdırmağa cəhd göstərdiyi Njde haqqında geniş məlumat verilir.

Müəllif qəhrəman kimi tədqim edilən Njdenin əslində Hitlerin əlaltısı, nasist ideologiyasına xidmət edərək İkinci Dünya müharibəsində kütləvi qətllərin törədilməsində birbaşa məsuliyyət daşıyanlardan biri olmasını yerli oxucuların diqqətinə çatdırır.

Faşist generalına bəraət cəhdlərini pisləyən müəllif yazısını yəhudi tarixçi Efraim Zuroffun fikirləri ilə tamamlayır: “Biz faşistlərlə birgə vuruşan və onlara dəstək göstərənlərin qəhrəman kimi təqdim olunmasına qarşı çıxmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti