...

*0002-Ay Usta

Cəmiyyət Materials 29 İyun 2016 10:28 (UTC +04:00)
İlin keyfiyyət göstəricisi “Ay usta”: “Niyə də yox?!”
*0002-Ay Usta

Bakı. Trend:

İlin keyfiyyət göstəricisi “Ay usta”: “Niyə də yox?!”

Azərbaycanda xidmət növü sahəsində çalışanların sırasına biri də əlavə olunub - “Ay usta” kompaniyası. Şirkət bu günlərdə ideyanın yaranmasının bir yaşını qeyd etməyə hazırlaşır, bütün kiçik çətinlikləri dəf edərək onu həyata keçirir, baxmayaraq ki tikinti sahəsi ən mürəkkəb və risklər nəzərdə tutan sahələrdən biridir. Bugünədək biznes və xidmət sektorunda, beynəlxalq layihələrdə fərqli və kreativ ideyalara imza atan gənclərdən ibarət komanda ilə sizi tanış etməyi özümüzə borc bilirik. “Əsl Azərbaycan keyfiyyəti” şüarı ilə yola çıxan yaradıcı komanda haqqında məlumatlı olmaqda fayda var.

Bütün bunlar bir il ərzində baş verib

Müxtəlif sektorlarda indiyədək uğurlu iş əmsalı ortaya qoyan əməkdaşlar hazırda ənənəni layiqincə davam etdirirlər. Nəticəyə diqqət yetirdikdə əminliklə qeyd etmək olar ki, onlar bir il ərzində yüksək göstərici nümayiş etdirməyi bacarıblar. Qeyd edək ki, cəmi 3 nəfərlə fəaliyyətə başlayan şirkətdə hazırda işçi sayı 5 qat artıb, şirkətlə əməkdaşlıq edən müxtəlif xidmət növlərində ustaların və mütəxəssislərin sayı isə 1000 nəfərə çatıb.



Təsadüf zərurətdən yaranır

“Bizim özümüzün də evimizdə müəyyən məişət problemlərimiz ortaya çıxırdı. İş adamı olduğumuzdan etibarlı, gördüyü işə güvənə biləcəyimiz usta tapmağa vaxtımız yox idi. Keyfiyyət göstəricisi, milli brend yaratmaq istəyi elə bu səbəbdən yarandı”. Təsisçi ideyanın yaranma səbəbini bu cümlələrlə açıqlayır.
Məişət həyatında üzləşdiyiniz problemlərin üzərindən xətt çəkin
Şirkət çalışır ki, müştərilərin məişət həyatında rastlaşdıqları problemləri yüngülləşdirsin. Buna görə də ən kiçik detallara belə diqqət yetirir. Şirkət böyük tikinti materialları firmaları ilə əməkdaşlıq etdiyi üçün məhsulları da bazar qiymətindən daha ucuz alır, və həmin qiymətləri məhz müştərilərimizə təqdim edirik. Xidmət növlərinin sırasında təcrübəli mütəxəssislər tərəfindən konsultasiya da mövcuddur. Həmçinin, “Ay Usta” şirkəti bazarda yeganə şirkətdir ki, mentalitetimizi nəzərə alaraq xanım-konsultant xidmətini təqdim edir.

Azərbaycandan «qul bazarı» anlayışı silinə bilər

Hazırda dinamik inkişaf dövrünü yaşayan kompaniya "Ay Usta" şirkəti maraqlanan şəxsləri təlimlərlə və sertifikatlarla təmin etməyə hazırdır, bununla da mütəxəssislərin və ustaların işə qəbulu prosesini dəyişə bilər. «Treninqlərə Almaniya və digər ölkələrdən təcrübəli mütəxəssisləri dəvət etməyi düşünürük. Lakin təcrübəni və ölkəsində maddi qazancı əldə edən azərbaycanlılar olacaq. Ümumiyyətlə, çox can atırıq ki, Azərbaycanda mövcud olan qul bazarı anlayışını insanların yaddaşından silək».

Niyə də yox?!

Göründüyü kimi, şirkətin hədəf seçdiyi kiçik layihələrdən iri masştablı tikililərədək hər birinin qarantiyası var. Artıq bu gün tam əminliklə deyə bilərik ki, hazırda bu sektorda “Ay Usta” formatında şirkət yoxdur.

Və sonda...

Sevindirici haldır ki, ölkəmizdə bu sahədə münasib qiymətli və yüksək keyfiyyətli, gənc, perspektivli xidmət növü mövcuddur. Göstərilən xidmətlərin keyfiyyətinə əmin olmaq üçün *0002 rəqəmlərini yığmaq yetərlidir. Hər halda real nəticə əminliklə bu fikri irəli sürməyə əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti