...

Rusiyalı və amerikalı alimlər Bilik Fondunda (FOTO)

Cəmiyyət Materials 1 İyul 2016 10:31 (UTC +04:00)
"Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda Bakıda keçirilən I Beynəlxalq dəyirmi masanın məruzəçiləri rusiyalı alim siyasi analitik, tarix elmləri üzrə fəlsəfə doktoru Oleq Kuznetsov və amerikalı alim Tennesi Texnologiya Universitetinin Sosiologiya və Siyasi Elmlər fakültəsinin professoru Maykl Günter Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
Rusiyalı və amerikalı alimlər Bilik Fondunda (FOTO)

Bakı. Trend:

"Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda Bakıda keçirilən I Beynəlxalq dəyirmi masanın məruzəçiləri rusiyalı alim siyasi analitik, tarix elmləri üzrə fəlsəfə doktoru Oleq Kuznetsov və amerikalı alim Tennesi Texnologiya Universitetinin Sosiologiya və Siyasi Elmlər fakültəsinin professoru Maykl Günter Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı tarix elmləri doktoru Həcər Verdiyeva, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Rauf Hüseynov, Alban-Udi xristian İcmasının sədri Robert Mobili, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, eləcə də Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları, media nümayəndələri və tələbələr iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarına Fondun fəaliyyəti barədə ətraflı məlumat verib, “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən danışıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin böyük məsləhətçisi Həcər Verdiyeva erməni terrorunun tarixindən danışıb.

Xarici ölkə alimləri Azərbaycandakı multikultural mühiti yüksək qiymətləndirdiklərini, multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyini qeyd ediblər.

Görüşdə Erməni terrorunun mahiyyəti və tarixi, onun törətdiyi faciələr barədə fikir mübadiləsi aparılıb. “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilmiş Beynəlxalq dəyirmi masadan təəssüratlarını bölüşən xarici ölkə alimləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Xatırladaq ki, "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasnın Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I Beynəlxalq dəyirmi masada O.Kuznetsov “Transmilli erməni terrorizminin etnokonfessional qaynaqları”, M.Günter isə “Həqiqət və saxtakarlıq: “Erməni soyqırımı” həqiqəti və soyqırım məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti