Bakı. İlhamə İsabalayeva - Trend:
“Baku Steel Company” zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün komissiya yaradılıb.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.
Onun sözlərinə görə, komissiya DƏMX-nin sədrliyi ilə müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə iştirakı ilə yaradılıb.
M.Məhərov qeyd edib ki, komissiyanın sabahdan işə başlayacağı gözlənilir: “Biz qəzanın hansı səbəbdən baş verməsi barədə hələlik məlumat verə bilmərik. Bunun üçün araşdırma aparılacaq. İstehsalatda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət hec vaxt qənaətcil olmayıb və olmayacaq da. Bu, bütün dünyada belədir”.