Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda cinayət törədənlər daha çox yaşı 30 və ondan yuxarı olan şəxslərdir.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə ötən il cinayət törətdiyi aşkar edilmiş şəxslərin sayı 16 322 nəfər olub. Cinayət törədənlərin 15 194-ü kişi, 1 128-i qadın olub.
Cinayət törətdiyi aşkar edilmiş şəxslərin 115 nəfəri 14-15, 362 nəfəri 16-17, 2 968 nəfəri 18-24, 2 958 nəfəri 25-29 yaşlı, 9 919 nəfəri isə 30 yaş və yuxarı olanlardır. Əvvəlki 5 ilin göstəricilərində də cinayətləri daha çox yaşı 30 və yuxarı olanlar tərəfindən törədildiyi bildirilir.
2010-cu ildə ümumilikdə cinayət törətdiyi aşkarlanmış 18 689 şəxsin 11 613 nəfəri, 2011-ci ildə 18 612 şəxsin 11 261 nəfəri, 2012-ci ildə 17 030 şəxsin 10 049 nəfəri, 2013-cü ildə 14 841 şəxsin 8 540 nəfəri, 2014-cü ildə isə 15 560 şəxsin 9 119 nəfəri 30 yaş və daha yuxarı yaşlı olub.