...

60-a yaxın sürücü cəzalandırıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 11 İyul 2016 17:54 (UTC +04:00)
Kürdəmir rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
60-a yaxın sürücü cəzalandırıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Kürdəmir rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq barələrində inzibati tədbirlər görülüb.

İritutumlu marşrut avtobuslarını idarə edən sürücülərin tibbi müayinədən keçib-keçməmələri də yoxlanılıb. Sürücülərin əksəriyyəti müxtəlif bəhanələr gətirərək, cərimələrdən yayınmağa cəhd etsələr də, bu baş tutmayıb.

Reyd zamanı 60-a yaxın inzibati protokol tərtib edildiyini deyən Kürdəmir YPX-nin baş inspetoru Zamiq Ağayev bildirib: "Həmin protokolların içərisində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən, əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə manevri etmə qaydalarını pozan sürücülər və nəqliyyat vasitələrinin konstruksiyasına dəyişiklik edən sürücülər tərəfimizdən saxlanılıb. Həmin sürücülərə inzibati protokollar tərtib olunub”.

Qeyd edək ki, reydlərin bu ayın sonunadək mütamadi olaraq keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti