• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)

14 İyul 2016 15:56 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

İyulun 14-də Binəqədi Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, Aparatın əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan KP MK-ın I katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.

Daha sonra “Zirvədən Zirvəyə və Əbədiyyətə" mövzusunda məruzə ilə çıxış edən "İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğuladı. Natiq bildirdi ki, 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu: "Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz məntiqin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir. Bu gün bütün sahələrdə əldə edilən uğurlar hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət hələ ölkəmizi daha böyük uğurlara sövq edəcəkdir. Necə ki, hər birimiz hər ildə əldə edilən uğurların nümunəsində bunları görə bilirik".

Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Heydər Əliyev siyasi kursu ilə bağlı zəngin biliklərini, xatirələrini bölüşdüyünə görə Vüqar Rəhimzadəyə minnətdarlığını bildirdi. Natiq qeyd etdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin bu gün ölkə başçısı tərəfindən layiqli davam etdirilməsinin nəticəsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Binəqədidə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib (FOTO)
  • Məqalədə:
  • Binəqədi Rayon İcra Hakimiyyəti
  • ümummilli lider Heydər Əliyev
Digər xəbərlər
Latviyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib
Siyasət 13 Dekabr 00:30
Azərbaycan ictimaiyyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edir (FOTO)
Cəmiyyət 12 Dekabr 14:10
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu (ÖZƏL)
Gündəm 30 Sentyabr 15:24
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
Cəmiyyət 14 İyul 23:26
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
Siyasət 15 İyun 00:01
Volqoqradda Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Cəmiyyət 11 May 13:16
Xəbər lenti
Karateçilərimiz İtaliyada Premyer Liqa turnirində 4-cü medalını qazanıb (FOTO)
İdman 17:30
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Siyasət 16:43
Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq
Dünya xəbərləri 16:02
Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?
Gündəm 15:20
Zəvvarların olduğu avtobus 500 metr hündürlükdən aşıb - ölənlər var
Dünya xəbərləri 14:42
Masallıda zəlzələ baş verib
Hadisə 14:07
Azərbaycanın aqrar turizmdə böyük potensialı var
Turizm 13:39
Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Hadisə 13:29
Sabah hava necə olacaq?
Gündəm 13:12
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Mübarizə aparmırsansa, artıq məğlubsan (KÖŞƏ)

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri