...

"Bakı Metropoliteni" yeni eskalatorlar alır

Cəmiyyət Materials 8 Avqust 2016 18:28 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC eskalator və liftlərin alınması üçün tender elan edib.
"Bakı Metropoliteni" yeni eskalatorlar alır

Bakı. Trend:

"Bakı Metropoliteni" QSC eskalator və liftlərin alınması üçün tender elan edib.

Trend Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən xəbər verir ki, tender iki lotdan ibarətdir.

Lot 1 - "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03” stansiyası üçün 17 ədəd , “Sahil” və “ Xətai ” stansiyası üçün 8 ədəd müxtəlif hündürlüklü eskalatorların alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satın alınmasıdır.

Lot 2 - "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03” stansiyası üçün 3 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satın alınmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti