...

Rio-de-Janeyroda hücuma məruz qalan avtobusda azərbaycanlı olmayıb

Cəmiyyət Materials 10 Avqust 2016 17:15 (UTC +04:00)
Rio-de-Janeyroda Olimpiya klasterindən hərəkət edən jurnalistlərin avtobusu hücuma məruz qalıb.
Rio-de-Janeyroda hücuma məruz qalan avtobusda azərbaycanlı olmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Rio-de-Janeyroda Olimpiya klasterindən hərəkət edən jurnalistlərin avtobusu hücuma məruz qalıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Trend-ə bildirib ki, avtobusda Azərbaycan nümayəndəsi olmayıb: “Narahatlığa əsas yoxdur. Avtobusda Azərbaycan nümayəndə heyətindən heç kim olmayıb”.

Qeyd edək ki, hücuma məruz qalan avtobusun iki şüşəsi sındırılıb. Hadisə nəticəsində Belarusdan olan könüllü və türk jurnalist yüngül xəsarət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti