...

Bakıda yeni layihə - LiveON Music & Entertainment – VIDEO

Cəmiyyət Materials 15 Avqust 2016 11:31 (UTC +04:00)
Hələ Bakıda 4 iyun, 2016-cı il tarixinə qədər heç kim musiqini bu cür fərqli duyub, ona bu cür perspektivden yanaşmamışdı.
Bakıda yeni layihə - LiveON Music & Entertainment – VIDEO

Bakı. Trend:

Hələ Bakıda 4 iyun, 2016-cı il tarixinə qədər heç kim musiqini bu cür fərqli duyub, ona bu cür perspektivden yanaşmamışdı. Bu məhz həmin tarixdir ki, LiveON Music & Entertainment insanlara bu hissi daimi yaşatmaq üçün şirkət olaraq fəaliyyət göstərməyi qərara aldı.

LiveON-u təşkilat kimi digər bütün musiqi qurumlarından, habelə alışdığımız ümumi musiqi konseptindən fərqləndirən odur ki, onlar sizə musiqini sizin alışdığınız xanədən xaric çatdırmağı vəd edir. Belə ki, bəzən LiveON ilə musiqinin vaxt keçirməyi sevdiyiniz məkanlarda konseptual sənətlə vəhdətinə şahid olarkən, qəflətən digər bir böyük səhnədə o, teatral və xoreoqrafik elementlərin toxunuşu ilə zənginləşib canlanaraq sizə kimlərinsə, nələrinsə, hansısa heç kəşf etmədiyiniz diyarların hekayəsini danışacaq. LiveON Music & Entertainment sizə zövq aldığınız ənənəvi məkanlar, planladığınız tədbirlər, alışdığınız böyük səhnələri belə öz xanəsindən kənara səyahət etməyi dəvət edir. Sözü gedən təşkilatın növbəti böyük layihəsi 8 Sentyabr, 2016-cı il tarixində Enerji Club Baku-da planlanır.

Tədbirlə bağlı detallar üçün bizi izləməyə davam edin və hələlik bu müddətdə isə LiveON-un divanə maestronun hekayəsini canlandırdığı çıxışı aşağıdakı videoda izləyə bilərsiniz.

BATON Performance by LiveON Music & Entertainment:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti