...

Uşaqlar ideal cəmiyyəti təsvir ediblər

Cəmiyyət Materials 21 Avqust 2016 23:06 (UTC +04:00)
“Mən də sənin kimiyəm” sosial layihə avqustun 20-də "YARAT" Müasir İncəsənət Mərkəzində həyata keçirilib.
Uşaqlar ideal cəmiyyəti təsvir ediblər

Bakı. Trend:

“Mən də sənin kimiyəm” sosial layihə avqustun 20-də "YARAT" Müasir İncəsənət Mərkəzində həyata keçirilib. 

İştirakçılar görmək istədikləri ideal cəmiyyəti hər hansı bir incəsənət nümunəsi üzərində əks etdiriblər. Hazırlanan nümunələr sərgidə nümayiş olunacaq.

“Mən də sənin kimiyəm” sosial layihəsi fiziki qüsurlu uşaqlar ilə sağlam uşaqlar arasında əməkdaşlığı inkişaf etdirmək, onları cəmiyyətə qazandırmaq məqsədi ilə həyata keçirilir.

Tərəfdaşlar: “YARAT” Müasir İncəsənət Mərkəzi, “Muğan” Bank, “CBC” televiziya kanalı, “eProject” Group, “İnkişaf Zamanı” Proqramı, “Konstitusiya” Araşdırmaları Fondu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti