...

Bakıda İLK DƏFƏ musiqili video oyun gecəsi – GAME ON! – VIDEO

Cəmiyyət Materials 23 Avqust 2016 10:58 (UTC +04:00)
“Bunu incəsənət saymaq olar ya yox?!” Son əsrin ən çox verilən və ən çox eşidilən bu sualı yəqin ki, elə ən çox video oyunlara ünvanlanır.
Bakıda İLK DƏFƏ musiqili video oyun gecəsi – GAME ON! – VIDEO

Bakı. Trend:

“Bunu incəsənət saymaq olar ya yox?!” Son əsrin ən çox verilən və ən çox eşidilən bu sualı yəqin ki, elə ən çox video oyunlara ünvanlanır. Bu suala cavab tapmaq üçün video oyunları nəzərdən keçirdikdə, onların hər birində özünəməxsus süjet xətti üzərində işləmiş yazar, hekayəni layiqli canlandırmaq üçün vizual üslubu üzərində aylarla, bəzən illərlə işləyən rəssam və dizaynerlər, üstəlik bütün bunların hər birinin özəlliyini musiqi ilə zənginləşdirib daha da vurğulayacaq saundtrek bəstəkarları və musiqiçilər görürük və beləcə video oyunları sənətin bir parçası kimi saymamaq insana mümkünsüz gəlir. Lakin bəzən bu oyunlardakı vizual aləm bizi o qədər özünə çəkir ki, aylarla üzərində işlənmiş həmin musiqilər özümüzdən asılı olmadan kölgədə qalır. Ötən xəbərlərimizin birində sizə LiveON Music Entertainment haqqında məlumat vermişdik. (bax: http://az.trend.az/azerbaijan/society/2570150.html) Qeyd etdiyimiz kimi qurumun 8 Sentyabrda video oyunlara həsr edilmiş GAME ON! adlı xüsusi tədbiri gözlənilir. LiveON ilə siz bu musiqiləri gecəyə özəl müxtəlif konseptual ifalarda dinləyib əslində nələr qaçırdığınızın fərqinə varacaqsınız. Əlavətən, aludəsi olduğunuz vizual aləmlər də tədbir boyu VR cardboardlar vasitəsi ilə sizinlə olacaq, sadəcə bu dəfə alışdığınızdan fərqli olaraq onlar musiqini müşayiət edəcək. Tәdbirdә görә bilәcәklәrinizə dair qısa da olsa tәsәvvürünüz üçün təqdim etdiyimiz tanıtım videosunu izlәyә bilәrsiniz.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti