...

Mübariz Qurbanlı Qazaxda 3 rayonun sakinlərini qəbul edib (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2016 14:06 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.
Mübariz Qurbanlı Qazaxda 3 rayonun sakinlərini qəbul edib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların hər birini diqqətlə dinləyib.

İyirmidən çox vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib.

Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti