...

25 yaşlı qatilə hökm oxundu

Cəmiyyət Materials 7 Sentyabr 2016 17:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə adam öldürməyə cəhddə təqsirləndirilən Mehman Mahmudovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Mahmudov 15 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Abşeron rayonunun Xırdalan şəhərində 20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb və o xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Məlumata görə, təqsirləndirilən şəxs mərhumdan pul tələb edib, vermədiyi üçün bıçaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti