...

“Bakı Taxıl Terminalı”nın baş texnoloqunun ölümü ilə bağlı məhkəmə istintaqı başa çatdı

Cəmiyyət Materials 9 Sentyabr 2016 15:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Bakı Taxıl Terminalı”nın baş texnoloqunun ölümü ilə bağlı məhkəmə istintaqı başa çatdı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər.

Təqsirləndirilən şəxs E.Həsənov istintaqa verdiyi ifadəni təsdiqləyərək bildirib ki, cinayəti və planları o qurub.

Digər təqsirləndirilən şəxs M.Əliyev M.Hüseynovanın keçmiş həyat yoldaşı olduğunu bildirib: "Qətlə yetirilən Qalib Bağırovun evinə oğurluğa girmişdik, rəhmətlik Ehtiramı tanıdı, məcbur olub öldürdük. İstintaqa ifadəmi təsdiqləyirəm”.

Təqsirləndiriləndən M.Hüseynova qətlə yetirilən Q.Bağırovun evinə təmizliyə getdiyini bildirib: “Təmizliyə gedirdim. Tez-tez mənə zəng edib çağırırdı. Ehtiram vəziyyətdən xəbər tutmuşdu. Qalibin evinə oğurluğa gedəcəkdi. Məni qızımla hədələdi, razılaşdım. Biz danışdıq. Vəzifəm Qalibi evdən çıxartmaq idi. Bunlar da evə girib soyacacaqdı. Axşam tərəfi getdik. Mən işimi gördüm. Mübarizlə Ehtiram evə girdi. Mən evdən 500-1000 metr aralıda maşında gözlədim. Gecəni gəlmədilər. Səhər açıldı, gəldilər. Maşında mübahisə düşdü. O zaman anladım ki, Qalibi öldürüblər”.

Prosesdə ifadə verən mərhum Q.Bağırovun qardaşı Elşən Bağırov təqsirləndirilən şəxslərə ən ağır cəza istəyib.

Prosesdə ifadə verən zərərçəkmiş Ruhiyyə Əkbərova bildirib ki, M.Hüseynova onun evində xidmətçi olub. Onun vasitəsi ilə Ehtirama 10.200 manat pul verib ki, oğlunu Türkiyədəki universitetə düzəltsin.

Digər zərərçəkən Mətanət Əkbərova da Ehtirama oğlunu universitetə düzəltmək üçün 5 min dollar pul verdiyini deyib.

Prosesdə daha bir neçə şəxs şahid qismində dindirilib.

Məhkəmə istintaqı başa çatıb. Porkuror çıxış üçün vaxt istəyib. Məhkəmə sentyabrın 16-da davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin yanvarında baş verib. Təqsirləndirilən şəxslər Q.Bağırovu mənzilində qətlə yetiriblər. Onlar qətllə yanaşı, quldurluq, dələduzluq, soyğunçuluqda da ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti