...

Azərbaycanda 7 ayda 91 mindən artıq körpə dünyaya gəlib

Cəmiyyət Materials 16 Sentyabr 2016 11:21 (UTC +04:00)
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınıb.
Azərbaycanda 7 ayda 91 mindən artıq körpə dünyaya gəlib

Bakı. Elçin Mehdiyev - Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 91,5 min, yaxud hər gün orta hesabla 430 doğulan körpə qeydə alınıb.

Trend Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrin 1612-si əkiz, 45-si isə üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti