...

Həkim kosmetoloqlar üçün əla xəbər

Cəmiyyət Materials 22 Sentyabr 2016 17:06 (UTC +04:00)
2016-cı il oktyabrın 6-7-də Bakıda Estetik və Yaşlanma əleyhinə tibb üzrə Konqres – AAAMS-2016 keçiriləcək.
Həkim kosmetoloqlar üçün əla xəbər

Bakı. Trend:

2016-cı il oktyabrın 6-7-də Bakıda Estetik və Yaşlanma əleyhinə tibb üzrə Konqres – AAAMS-2016 keçiriləcək.

Trend-in məlumatına görə, konqres ultramüasir Boulevard Autograph Collection Hoteldə keçiriləcək. Dənizkənarı bulvarda yeləşən bu dəbdəbəli iqamətgahın qeyri-adi dizaynı, qüsursuz xidməti və ayrıca iri sağlamlaşdırıcı kompleksi var. Müasir texnika ilə təchiz edilmiş min nəfərlik zal konqres iştirakçılarına əlavə rahatlıq yaradacaq.

Metodikaların təhlükəsizliyinə və effektli olmasına artan tələbat, üstəlik istehlakçı mədəniyyətinin səviyyəsinin artması postsovet məkanında ən iri elmi-praktik forumlardan birinin – Azerbaijan Aesthetic and Anti-Age Medicine Congress (AAAMC) yaranmasına rəvac verdi.

Nüfuzlu beynəlxalq təşkilatlar, şirkətlər, dünya estetik tibbinin metrləri ilə əməkdaşlıq, konqresin, master-klasların qüsursuz təşkil olunması, peşəkar vasitələr və avadanlıqların sərgilənməsi, təhsil prosesinin azərbaycanlı qonaqpərvərliyi ilə zənginləşdirilmiş istirahət və koloritli ekskursiyaların uzlaşdırılması AAAMC-ni dünya estetik tibbində ən çox baş çəkilən və əhəmiyyətli tədbirlərdən birinə çevirib.

AAAMC-nin təşkilatçıları və partnyorları olan dünya şöhrətli aparıcı şirkətlər bizi ildən ilə yeni həll yolları və təhsil ölçülərilə heyrətləndirir. Ən başlıcası spikerlərin yüksək səviyyəsi, maraqlı məruzələr, dünya estetik tibbinin məşhur ekspertlərinin müəllif master-klasları, bir çox dillərə qüsursuz sinxron tərcümədir.

AAAMC-2016 Konqresi mühazirə və peyk formatında keçəcək ki, bu da fundamental elmin nailiyyətlərini kliniki təcrübə ilə birləşdirməyə imkan yaradacaq.

Bu il kopnqresin proqramında ən çox qocalma probleminə yer ayrılıb. Məlum problemə qlobal yanaşma özündə qocalmanın zahiri görüntülərinin korreksiyasının simbiozunu, yaş əleyhinə müalicəni təzahür edəcək ki, bu prosesdə dünyanın otuzdan çox spikeri iştirak edəcək. Ayrıca bölmə həmişə aktual olan problemlərin – akne, rozasea, hiperpiqmentasiya, allopesiyanın müasir müalicə üsullarına həsr olunacaq. Həmişə olduğu kimi, bu dəfə də maraqlı müəllif metodikası, botulinotokson və fillerlərlə iş təqdim olunacaq. Marketinq məsələlərinə də vaxt ayrılacaq.

Konqres çərçivəsində Medeks, Allergan, Galderma, Filorga, Teoxane, Careqen, Phitogen, JBP, MDSkinSolution, Mesodermal, SkintechPharma Co, Hyalual və iyirmiyə yaxın aparıcı brendlərin estetik tibb üzrə preparatlarının olduqca maraqlı sərgisi keçiriləcək.
Konqresin sponsorları Medeks (azərbaycan), Allergan (ABŞ), Galderma (İsveçrə), Filorga (Fransa) kimi aparıcı şirkətlərdir.

Konqresin ikinci gününün axşamı, oktyabrın 7-si Flame Towers, Fairmont Hotel Baku-da qala-axşamla bitəcək. Qala-axşam çərçivəsində 3-cü Estetik Tibb, Plastik Cərrahiyyə və Kosmetologiya sahəsində İllik Milli Mükafat olan “Art of beauty Award” təqdim olunacaq. Konsertdə şou biznes ulduzları çıxış edəcək, milli, dünya və rus estradasının hitləri səsləndiriləcək. Axşam boyu qonaqları Azərbaycan mətbəxinin ləziz təamları, mahnılar, rəqslər, ən sondasa hərarətli diskoteka gözləyir.

AAAMC komandası “Hər şey daxildir” paketi ilə unikal elmi-əyləncəli layihə yaratmağa nail olub. Bu paket konqres iştirakçılarına bütünlüklə bilik və istirahət ab-havasına köklənməyə imkan verəcək.

Təşkilatçılar Milli onkoloji mərkəzin və İMCAS-ın (Fransa) himayəsi ilə Beauty Aesthetics tibb şirkəti, Azerimed əczaçı şirkətidir.

Konqresə qeydiyyat http://aaamc.az/registration.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti